Ötən ay 2100-dən çox vəkilə peşə hazırlığı və ixtisasartırma təlimləri keçirilib - FOTO
Cari ilin iyun ayında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Kollegiyanın üzvləri üçün müxtəlif icbari tədris tədbirləri təşkil olunub.
İyunun 6-da “Fərdi əmək mübahisələrinin hüquqi tənzimlənməsi” mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının üzvü Könül Fərəcova fərdi əmək mübahisələrinin yaranma səbəbləri və onların hüquqi əsasları, işçi və işəgötürənin hüquq və vəzifələri, əmək mübahisələrində tərəflərin hüquqi statusu, fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həlli barədə geniş çıxış edib.
Eyni zamanda iyunun 6-da “Cinayət işlərində müdafiə taktikasının qurulması: nəzəri və praktiki yanaşmalar” mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi - Vəkillər Kollegiyasının üzvü Samir İsayev tərəfindən cinayət işlərində müdafiə taktikasının əsas xüsusiyyətləri, cinayət işinin ilkin təhlili, məhkəmə mərhələsində müdafiə taktikası və digər əlaqəli məsələlər barədə geniş müzakirələr aparılıb.
İyunun 13-də isə “Beynəlxalq kommersiya arbitrajı” mövzusunda hibrid qaydada keçirilən təlimdə təlimçi - Vəkillər Kollegiyasının və Kollegiyanın Biznes Hüququ Komitəsinin üzvü Fuad Qəşəmov beynəlxalq kommersiya arbitrajının hüquqi əsasları, Arbitraj məhkəməsinin yurisdiksiyası, o cümlədən arbitraja tətbiq olunan hüquq və digər praktiki məsələlər barədə ətraflı çıxış edib.
Həmçinin iyunun 13-də “Aktual vergi mübahisələri və məhkəmə təcrübəsi” mövzusunda təşkil olunmuş növbəti hibrid təlimdə isə təlimçi - Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev vergi mübahisələrinin növləri, kameral vergi yoxlamaları üzrə aktual mübahisələr, səyyar vergi yoxlamaları, müvəqqəti xarakterli müdafiə institutunun tətbiqi üzrə yeni məhkəmə təcrübəsi ilə bağlı müxtəlif müzakirələr aparılıb.
İyunun 20-də isə “Həbslər, dindirilmə prosedurları və məhkəmə araşdırması” mövzusunda təşkil olunmuş hibrid formalı təlimdə təlimçi - Vəkillər Kollegiyası İxtisas Komissiyasının üzvü, Alibi Vəkil Bürosunun müdiri Fərid Həsənov şübhəli şəxsin tutulmasının hüquqi əsasları və prosessual qaydaları, həbsə alternativ qətimkan tədbirləri, müdafiəçinin cinayət təqibinin ilkin mərhələsində rolu, məhkəmə araşdırmasının mərhələləri və proses iştirakçılarının məhkəmədə dindirilməsi qaydaları barədə ətraflı çıxış edib.
İyunun 21-də keçirilən növbəti hibrid təlimdə “Qanun üzrə vərəsəlik və məcburi pay institutu” mövzusu üzrə təlimçi - Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın Aparat rəhbərinin müavini Səttar Məmmədov vərəsəsiz əmlak, məcburi pay almaq hüququ olan şəxslər, məcburi paydan məhrumetmə, qanun üzrə vərəsəlikdə növbəlilik, eləcə də mirasdan məcburi pay institutu barədə məruzə ilə çıxış edib.
İyunun 27-də isə “İşəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilməsi” mövzusunda təşkil olunmuş hibrid formalı təlimdə Vəkillər Kollegiyasının üzvü, Femida Vəkil Bürosunun müdiri Pənah Məmmədov tərəfindən əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən nəzərdə tutulan qaydalar, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar, əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi zamanı razılaşmalar və praktiki tövsiyələr barədə müxtəlif müzakirələr aparılıb.
Eyni zamanda, iyunun 27-də növbəti hibrid təlimdə “Cinayət işlərində müdafiə taktikasının qurulması: nəzəri və praktiki yanaşmalar” mövzusu üzrə təlimçi - Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı cinayət təqibi çərçivəsində müdafiənin hüquqi və taktiki əsaslarının müəyyən edilməsi, cinayət işinin faktiki və hüquqi hallarının kompleks qiymətləndirilməsi, məhkəmə araşdırılması zamanı müdafiə fəaliyyətinin təşkili, hüquqi mövqeyin müdafiəsi barədə geniş məruzə ilə çıxış edib.
Həmçinin iyunun 12-də “İnsan Hüquqları Aylığı” çərçivəsində vəkillərə “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin (Şəxsi və ailə həyatına hörmət hüququ) milli səviyyədə tətbiqi və şəxsiyyət hüquqlarının müdafiəsi” mövzusunda distant formada keçirilmiş təlimdə Vəkillər Kollegiyasının üzvü Günel Sadıqova Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin milli səviyyədə tətbiqi, şəxsi və ailə həyatı, yazışma, fərdi məlumatlar, mənzil toxunulmazlığı barədə praktikada yaranan problemlərin həll vasitələri, 8-ci maddə üzrə əsas yoxlama alqoritminin zəruriliyi, mütənasibliyi və müvafiq olaraq digər məsələlər barədə çıxış edib.
Təşkil olunmuş interaktiv təlimlərdə Vəkillər Kollegiyasının 2116 üzvü iştirak edərək müvafiq sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, bu tədris tədbirlərində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və vəkillər üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş ikinci istiqamət üzrə 3 saat icbari tədris tədbirlərinə daxildir.
OXŞAR XƏBƏRLƏR

Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
Prezidentin cavablandırdığı suallar - Tam mətn
MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR
İlham Əliyev müşavirə keçirdi
Vəkillik institutunun güclənməsi kimləri və niyə təlaşa salıb? - ARAŞDIRMA
Naxçıvan MR Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı keçirilib - FOTO
Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib - FOTO - YENİLƏNİB
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Vəkilliyə namizədlərin icbari təlimi başladı - FOTO
Vəkilliyə namizədlərin icbari təlimi başladı - FOTO
“Biz gələcəyin vəkilləriyik” adlı qış məktəbinin təlimləri başa çatdı - FOTO
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirildi
Vəkilliyə namizədlərin icbari təlimi başladı - FOTO
Anar Bağırov: “Vəkil seçərkən şou verilişlərinə baxıb qərar verməyin”
Hüquq islahatları kontekstində səmərəlilik və müasir inkişaf mexanizmi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi 2026-07-08 , 15:58
Şuşada bunu etmək qadağan edildi - FƏRMAN 2026-07-08 , 15:57
İlham Əliyev daha bir sərəncam imzaladı 2026-07-08 , 15:56
Prezidentdən İçərişəhərlə bağlı mühüm fərman - Bu qadağan olundu 2026-07-08 , 15:54
Onlara diplomatik rütbə verildi - SƏRƏNCAM 2026-07-08 , 15:52
Tramp: Ərdoğanı müharibədən çəkindirdim 2026-07-08 , 15:49
İki vəkilə töhmət verildi, biri cərimələndi 2026-07-08 , 15:42
ƏDV-lərlə bağlı yenilik olacaq 2026-07-08 , 13:16
Vüsalə Əlizadə:"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"- VİDEO 2026-07-08 , 13:12
Zorakılığa məruz qalan azyaşlının anası: “Həmin gün bilmişəm ki…” – VİDEO 2026-07-08 , 13:10
Autizmli uşağı parodiya etməsi tənqid olundu – “Buna görə utanmalısan” - VİDEO 2026-07-08 , 12:59
Saray sakinləri narazıdır: Tikinti tozu və tullantılar yaşayış kompleksini bürüyüb 2026-07-08 , 12:49
Sumqayıtda adətə çevrilən hadisə - qazdılar, bərpa etməyi unutdular 2026-07-08 , 12:48
Sevinc Hüseynovanın Səidə Bəkirqızıya qarşı məhkəmə iddiası rədd edilib - Vəkildən açıqlama 2026-07-08 , 12:47
Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq 2026-07-08 , 12:45
Müəllimlər kütləvi şəkildə işsiz qalacaq? 2026-07-08 , 12:45
Əməkdar artist toy qiymətlərindən gileyləndi: "Dəliyəm, hər gün 3500 manata..." - VİDEO 2026-07-08 , 12:43
Makronun rəsmi dövlət maşını məsxərəyə qoyuldu - VİDEO 2026-07-08 , 12:42
Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video
Gecə "Nağıl Bağ" restoranında nə baş verir? - VİDEO 2026-07-08 , 12:33
Bir zamanlar "Şərq bazar"ı idi, indi isə çuxurla dolu yol 2026-07-08 , 12:27
Anar Bağırov tapşırıqlar verdi - FOTO 2026-07-08 , 12:00
Müəllimlərin və şagirdlərin geyimi ilə bağlı dəyişiklik bizə nə vəd edir? 2026-07-08 , 05:08
Bəşəriyyət təbii fəlakət qarşısında acizdir 2026-07-07 , 18:50
Ayanın sinə dekolteli libası - Video 2026-07-07 , 18:27
Tramp əsgərləri türk dilində salamladı - VİDEO 2026-07-07 , 18:25
Prezident 3 fərman imzaladı 2026-07-07 , 18:23
“Ailəli deyiləm, həyatımda da heç kim yoxdur” - VİDEO 2026-07-07 , 18:19
“Kontakt Home”dan aldığı planşet cəmi 20 gün işlədi – Şikayət 2026-07-07 , 18:15
“Ölün rahat olmayacaq, insanlar sizə lənət oxuyacaq” – Tolik - VİDEO 2026-07-07 , 18:10
20 manatlıq bu rüsum ləğv edilir 2026-07-07 , 18:05
Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı 2026-07-07 , 18:04
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu 2026-07-07 , 18:03
Müəllimlərin geyimi ilə bağlı layihə III oxunuşdan keçdi 2026-07-07 , 18:02
Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşıladı - Fotolar 2026-07-07 , 18:00
Anar Bağırov işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüşdü - FOTO 2026-07-07 , 14:30
"Canavar gələcək", "Həkim iynə vuracaq"... - Bu ifadələr uşağın psixologiyasını necə dəyişir? 2026-07-07 , 13:12
Zamiq Hüseynovdan lüks tənbehi: Dəbdəbəli həyat süni görüntüdür 2026-07-07 , 13:09
Nəsrindən bikinili - Fotolar 2026-07-07 , 13:07
Tahir Kərimli: “Gedişhaqqını artırdılar, amma “sürət qatarı” adı ilə istismarda olan qatarlar “tısbağa sürəti” ilə hərəkət edirlər” 2026-07-07 , 12:53
Nigar Fərhad “Arzum”un tərəfini seçdi – İddiaçı tərəfi qınadı 2026-07-07 , 12:44
Şəbnəm Tovuzlunun Pünhanın nişanlısına jesti – VİDEO 2026-07-07 , 12:42
“Əsl güc səs-küydə deyil, sakit inamda gizlidir” - FOTO 2026-07-07 , 12:28
Aparıcı Nərmin: "5 ildir ailəliyəm, ərimin telefonunu 1 dəfə yoxlamamışam" - VİDEO 2026-07-07 , 12:26
Vəhşi fil 14 il bir ailəni təqib edib, onları tapıb və öldürüb 2026-07-07 , 12:24