Yenilik.Az
www.Yenilik.Az » Dünya » Putin Kadırovun həyat yoldaşını mükafatlandırdı

Putin Kadırovun həyat yoldaşını mükafatlandırdı

Putin Kadırovun həyat yoldaşını mükafatlandırdı
2023-05-24 , 08:46

Rusiya Prezidenti Vladimir Putin Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun həyat yoldaşı Medni Kadırovaya “Qəhrəman Ana” fəxri adı ilə bağlı nişanı təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, Kremlin Yekaterina zalında baş tutan dövlət mükafatlarının təqdimetmə mərasiminin stenoqramı Rusiya prezidentinin saytında dərc olunub.
“Uşaq böyütmək həm sevincdir, həm də gündəlik işdir. Çoxuşaqlı ailələrə hörmət etmək xalqımızın adət-ənənəsidir. “Qəhrəman ana” adına layiq görülmüş Medni Musayevna Kadırovanı bu salonda salamlamağa şadam”, - Putin təbrik nitqində deyib.
Qeyd edək ki, Medni Kadırova 13 uşaq anasıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.