Yenilik.Az
www.Yenilik.Az » Dünya » Fransadakı iğtişaşlar zamanı Makron Elton Conun konsertində olub - VİDEO

Fransadakı iğtişaşlar zamanı Makron Elton Conun konsertində olub - VİDEO

Fransadakı iğtişaşlar zamanı Makron Elton Conun konsertində olub - VİDEO
2023-06-30 , 18:20

Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makronun Parisdə məşhur "l’Accor Arena” konsert salonunda baş tutan Elton Conun konsertinə qatılmasının görüntüləri yayılıb.


Onun bu addımı böyük hiddətə səbəb olub. Fransa prezidentinin konsertdə iştirakının gizli saxlanılması cəhdlərinə baxmayaraq, bununla bağlı videogörüntülər mətbuata sızıb və sosial şəbəkələrdə paylaşıldıqdan sonra ciddi şəkildə qınanıb. 

Ölkədə yeniyetmənin polis tərəfindən öldürülməsi ilə bağlı iğtişaşlar fonunda onların konsertdə əylənməsi və rəqs etməsi ictimaiyyəti qəzəbləndirib. Sosial şəbəkə istifadəçiləri tərəfindən Makronun ünvanına çox sayda tənqidi ifadələr səsləndirilib. Sosial şəbəkədə "Heç nə onun vecinə deyil”, "O, indi hadisələrin mərkəzində olmaq əvəzinə, əylənir”, "küçələrdə vandallıq, soyğunçuluq baş alıb gedir, Makron isə əylənir” fikirləri sürətlə yayılmaqdadır. Onun baş verən hadisələrə biganə olması, küçələrdə vandallığın, soyğunçuluğun baş alıb getdiyi bir vaxtda əylənməsi bir o qədər də anlaşılan deyil. Demək ki, bu addım bir daha onu sübut edir ki, E.Makronu sadə fransızların qayğıları yox, onu hakimiyyətə gətirmiş marjinal qrupların o cümlədən erməni lobbisinin tələbləri maraqlandırır. 

Xatırladaq ki, Fransanın Nanter şəhərində 17 yaşlı yeniyetmənin polis tərəfindən sinəsindən vurularaq öldürülməsindən sonra ölkədə başlayan şiddətli iğtişaşlarda yüzlərlə insan həbs edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.