Yenilik.Az
www.Yenilik.Az » Dünya » ETX VƏTƏNDAŞLARA ONLAYN HESABLARIN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ MƏQSƏDİLƏ SMS-LƏR GÖNDƏRİR

ETX VƏTƏNDAŞLARA ONLAYN HESABLARIN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ MƏQSƏDİLƏ SMS-LƏR GÖNDƏRİR

ETX VƏTƏNDAŞLARA ONLAYN HESABLARIN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ MƏQSƏDİLƏ SMS-LƏR GÖNDƏRİR
2023-09-12 , 16:05

Son zamanlar “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının kütləvi şəkildə ələ keçirilməsi halları ilə bağlı Elektron Təhlükəsizlik Xidməti mobil operatorlarla birgə vətəndaşlara maarifləndirici SMS-lər göndərir.

Qurum SMS-lər vasitəsilə vətəndaşları onlayn hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyə çağırır. Müxtəlif tətbiq və platformalarda ikimərhələli təsdiqləməni aktivləşdirmək üçün təlimatlarla bu linkdə tanış olmaq mümkündür.
Elektron Təhlükəsizlik Xidməti gələcəkdə də vətəndaşlara mövcud kibertəhlükələr barədə məlumatlandırıcı və maarifləndirici SMS-lər göndərməyə davam edəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.