Yenilik.Az
www.Yenilik.Az » Dünya » Hərbi xidmət “sirr”i üzə çıxan erməni belə çarəsiz qaldı - Video

Hərbi xidmət “sirr”i üzə çıxan erməni belə çarəsiz qaldı - Video

Hərbi xidmət “sirr”i üzə çıxan erməni belə çarəsiz qaldı - Video
2023-09-17 , 04:58

Xəbər verdiyimiz kimi, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Əksəriyyəti erməni olan 100-ə yaxın şəxs Qarabağı tərk edib. Onlar Ermənistana birdəfəlik köçdüklərini deyiblər.

Yenilik.az xəbər verir ki, buraxılış məntəqəsindən keçən erməni sakinlərdən biri bilmədən hərbi xidmət “sirr”ini açıqlayıb:
“Müharibədən 6 ay sonra əsgərliyə çağırılmışam, müharibədə iştirak etməmişəm. Xankəndidə xidmət etmişəm”.
Ermənistan vətəndaşı olaraq Xankəndidə xidmət etmisən? sualına isə o cavab verə bilməyib, özünü pis hiss etdiyini deyib.
Daha ətraflı AzTV-nin süjetində:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.