Tramp həbsxanaya düşməkdən qorxmur

ABŞ-nin keçmiş prezidenti, respublikaçı Donald Tramp ona qarşı aparılan cinayət işlərinə görə həbsxanaya düşməkdən qorxmadığını və bütün ittihamları siyasi hesab etdiyini bildirib.
Xatırladaq ki, ABŞ-nin xüsusi prokuroru Cek Smit avqustun 1-də Trampın dörd maddə üzrə ittiham olunduğunu açıqlayıb. O, faktiki olaraq 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, hakimiyyəti qanunsuz olaraq saxlamağa cəhddə ittiham olunur. Siyasətçiyə qarşı irəli sürülən cinayətlərdən ən ağırına görə maksimum cəza 20 il həbsdir./Oxu.az
OXŞAR XƏBƏRLƏR