Yenilik.Az
www.Yenilik.Az » Dünya » İrəvanda kütləvi aclıq aksiyası başladı

İrəvanda kütləvi aclıq aksiyası başladı

İrəvanda kütləvi aclıq aksiyası başladı
2023-09-21 , 16:35

Ermənistanda baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı parlament binasının qarşısında keçirilən etiraz aksiyasının təşkilatçıları kütləvi aclıq aksiyasına başladıqlarını elan ediblər.

Musavat.com Trend-ə istinadən bildirir ki, bunu aksiyanın təşkilatçısı, "Demokratik birləşmə" Partiyasının sədri Suren Petrosyan deyib.
Petrosyan bütün ruhaniləri, o cümlədən bütün ermənilərin katolikosu II Qaregini, ziyalı nümayəndələri, alim, mədəniyyət xadimləri, idmançıları da aksiyaya qoşulmağa çağırıb.
Etirazçılar İrəvanın mərkəzində Qaregin Njdenin abidəsi önünə yürüş edərək aclıq aksiyasına burada davam edəcəklərini bildiriblər.
Xatırladaq ki, sentyabrın 19-da İrəvanda hökümət binasının qarşısında etiraz aksiyası keçirilib. Hökumət evinin qarşısında çadır quran etirazçılar Paşinyan istefa verənə qədər orada qalacaqlarını deyiblər.
Ötən gecə isə Ermənistan polisi İrəvanın mərkəzində hökumət binasının qarşısında keçirilən etiraz aksiyasında 30 nəfəri saxlayıb. Saxlanılan şəxslərdən 28 nəfərə qarşı cinayət işi açılıb, 2 nəfər isə inzibati məsuliyyətə cəlb edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.