Yenilik.Az
www.Yenilik.Az » Dünya » İrəvanda daşnak deputat həbs edildi

İrəvanda daşnak deputat həbs edildi

İrəvanda daşnak deputat həbs edildi
2023-09-25 , 13:04

“Ermənistan” fraksiyasının deputatı, “Daşnaksütyun” partiyasının üzvü Tadevos Avetisyan həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə Milli Komitə məlumat yayıb.
“Hüquqi xaos. “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan Erebuni polis bölməsinə aparılıb”, - Milli Komitənin bəyanatında deyilir.
Məlumata görə, İrəvanda səhər tezdən itaətsizlik aksiyaları başlayıb. Xüsusilə, Saryan, Tumanyan, Moskovyan, Abovyan, Rubinyants küçələri və Komitas-Gülbenkian kəsişməsi bağlanıb. Polis vətəndaşları saxlamağa başlayıb. Ermənistan əhalisi ölkə hakimiyyətinin istefasını tələb etmək üçün küçələrə axışıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.