Yenilik.Az
www.Yenilik.Az » Dünya » MAKRONUN SANCISI NƏDƏNDİR? – YENƏ İTTİHAM, YENƏ…

MAKRONUN SANCISI NƏDƏNDİR? – YENƏ İTTİHAM, YENƏ…

MAKRONUN SANCISI NƏDƏNDİR? – YENƏ İTTİHAM, YENƏ…
2023-09-25 , 13:30

“Bu gün Fransa çox diqqətlə izləyir ki, Ermənistan öz ərazi bütövlüyünü qorusun”.Fransa prezidenti Emmanuel Makron belə deyib. “Biz həmişə Ermənistanı dəstəkləmişik və onlar bunu bilirlər. Son günlər biz Azərbaycanın Qarabağda antiterror əməliyyatının şahidi oluruq. Qarabağda yaşayan etnik ermənilərin hüquqları tamamilə pozulub. Biz sülh üçün humanitar və siyasi yardım göstərməyə davam edəcəyik ki, bu da yalnız danışıqlar yolu ilə əldə edilə bilər. Azərbaycanı dəstəkləyən Rusiya var, Azərbaycana himayədarlıq edən Türkiyə var, gücü var. Budur, hansı ölkə həqiqətən təhlükədədir. Fransa açıq şəkildə Ermənistanın və beynəlxalq hüququn tərəfindədir”, – Makron bildirib. Ermənipərəst Fransa prezidenti yenə əsası olmayan ittihamlar irəli sürüb. Əvvəla, antiterror tədbirləri zamanı heç bir mülki insan xəsarət almayıb. İkincisi, Azərbaycanı müdafiə edənlər beynəlxalq hüquqa söykənir. Elə Fransanın BMT-dəki nümayəndəsi də TŞ iclasında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıqladı. Bəs, Makronun qarnının sancısı nədir?

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.