Tramp NBC telekanalıni “xalq düşməni” adlandırıb
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “Comcast” və onun NBC kanalını “xalq düşməni” adlandıraraq, hadisələrin efirdə birtərəfli işıqlandırılmasının araşdırılmasını tələb edib.
"Onların demək olar ki, hamısı vicdansız və korrupsionerdir, lakin NBC News-da hadisələri birtərəfli və zərərli işıqlandırması araşdırılmalıdır", - ABŞ eks-prezidenti deyib.
Trampın qeyd etdiyi kimi, NBC və “digər korrupsioner şirkətlər” demokratiya üçün təhlükə və əslində xalqın düşmənidir. Onun fikrincə, “saxta xəbərlər” yayan media ABŞ-a dəymiş ziyanı ödəməlidir.
Bundan əvvəl “The Washington Post” nəşri yazıb ki, Donald Tramp 2024-cü il seçkiləri ərəfəsində öz siyasi xələfi Co Baydeni qabaqlayaraq seçki yarışında lider mövqeyə çıxıb. Araşdırmaya görə, Ağ Evin keçmiş rəhbəri respondentlərin 52%-nin, hazırkı prezident isə 42%-nin dəstəyini qazanıb.
OXŞAR XƏBƏRLƏR