Yenilik.Az
www.Yenilik.Az » Dünya » İranda prezidentliyə namizədin seçki qərargahı YANDIRILDI - VİDEO

İranda prezidentliyə namizədin seçki qərargahı YANDIRILDI - VİDEO

İranda prezidentliyə namizədin seçki qərargahı YANDIRILDI - VİDEO
2024-06-21 , 15:20

Dünən axşam saatlarında İranın ali rəhbərinin Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi və prezident seçkilərində qatı mühafizəkar siyasətçi namizəd Səid Cəlilinin seçki qərargahına etirazçı bir gənc tərəfindən yandırıcı maddə atılıb.

Musavat.com "Azad İran" telegram kanalına istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 18:00 radələrində baş verib. Yanğını törədən gənc hadisə yerindən qaçıb.
Qeyd olunub ki, heç kim ciddi xəsarət almayıb, ancaq qərargahda yandırıcı maddənin izləri qalıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.