Yenilik.Az
www.Yenilik.Az » Dünya » Peskovdan ABŞ-la bağlı SENSASİON AÇIQLAMA

Peskovdan ABŞ-la bağlı SENSASİON AÇIQLAMA

Peskovdan ABŞ-la bağlı SENSASİON AÇIQLAMA
2024-09-16 , 17:13

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Peskov ABŞ-la bağlı maraqlı açıqlamalar verib. 

Musavat.com xəbər verir ki, Peskov bildirib ki, Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxslə Ukrayna arasında əlaqələr barədə Rusiya deyil, ABŞ kəşfiyyatı düşünməlidir:
"Rusiya ABŞ-da daxili siyasi proseslərə qarışmayıb və indi də qarışmır. Kreml seçki kampaniyası dövründə ABŞ-da vəziyyəti gərgin hesab edir".
Peskov deyib ki, Qərbin Rusiya mediasına qarşı ittihamları bütün sərhədləri aşır və Kreml bütün bunları qəbuledilməz hesab edir. 
"Rusiya mediasına qarşı sanksiyalar ABŞ-ın alternativ baxışları boğmaq üçün hər cür səy göstərməyə hazır olduğunu göstərir",-deyə Peskov bildirib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.