Yenilik.Az
www.Yenilik.Az » Dünya » Abdulla Gülün xanımını İngiltərədə soydular

Abdulla Gülün xanımını İngiltərədə soydular

Abdulla Gülün xanımını İngiltərədə soydular
2024-10-04 , 14:41

Türkiyənin sabiq Prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnisa Gülü İngiltərədə qarət ediblər. 

Yeniliki.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, hadisə sentyabrın 13-ü baş verib. İngiltərəyə gedən cütlük Türkiyəyə qayıdan zaman H. Gülün çantası polis tərəfindən oğurlanıb.
İddianı Abdulla Gülün mətbuat müşaviri Birol Avşar da təsdiqləyib. O bildirib ki, hadisə Gül ailəsi İngiltərədən çıxarkən baş verib. Çantada avro və funt-sterlinq olub.
Hadisə ilə əlaqədar İngiltərə və Türkiyə səfirliklərinə məlumat verilib. Onların məsələ ilə yaxından maraqlandığı bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.