Yenilik.Az
www.Yenilik.Az » Dünya » Makron Fransanın Baş nazirinin istefasını qəbul etdi

Makron Fransanın Baş nazirinin istefasını qəbul etdi

Makron Fransanın Baş nazirinin istefasını qəbul etdi
2024-12-05 , 21:15

Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentinin etimadsızlıq səsverməsindən sonra Baş nazir Mişel Barnierin istefasını qəbul edib.

 
Bu barədə Yelisey Sarayı məlumat yayıb.
 
Qeyd edək ki, ötən gün Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Mişel Barnier hökumətinə etimadsızlıq haqqında qətnamənin lehinə səs verib.
 
Nazirlər Kabinetinə etimadsızlıq qərarını 331 deputat dəstəkləyib.
 
Milli Assambleyanın sədri Yael Bron-Pivet Fransa Konstitusiyasına uyğun olaraq, Mişel Barnierin istefa ərizəsini prezidentə təqdim etməli olacağını bildirib. Etimadsızlıq səsverməsinin elan edilməsi üçün 577 deputatdan azı 289-nun səsi lazım olub.
 
Xatırladaq ki, bu, 1962-ci ildən bəri ilk belə hadisədir.
 
APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.