Makronu Mayotda fitə basdılar - Video

Fransa Prezidenti Emmanuel Makron ölkənin dənizaşırı departamenti Mayota səfər edib.
Lakin sakinlər Fransa liderini fitə basıb və istefa verməsi ilə bağlı şüarlar səsləndiriblər.
Telekanal Makronun Mayot sakinləri tərəfindən qarşılanma anının görüntülərini də yayıb.
Qeyd edək ki, Mayotda dekabrın 14-də başlayan “Şido” qasırğası səbəbindən 30-dan çox insan həlak olub, 2000-ə yaxın şəxs isə xəsarət alıb. Təbii fəlakətin vurduğu ziyan 800 milyon avro olaraq qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR