Yenilik.Az
www.Yenilik.Az » Dünya » Mask Mərkəzi Kəşfiyyat İdarəsində hesabat verdi

Mask Mərkəzi Kəşfiyyat İdarəsində hesabat verdi

Mask Mərkəzi Kəşfiyyat İdarəsində hesabat verdi
2025-04-01 , 17:41

Amerikalı milyarder və sahibkar İlon Mask Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) hesabat verib.

Oxu.Az-ın "Axios"a istinadla verdiyi məlumata görə, bu barədə MKİ-nin ictimaiyyətlə əlaqələr direktoru Liz Layons xəbər verib.
Onun sözlərinə görə, Mask qurum nümayəndələri ilə rəhbəri olduğu ABŞ Hökumətinin Səmərəlilik Departamentinin (DOGE) işini müzakirə edib.
Qeyd edilir ki, DOGE rəhbəri ABŞ Prezidenti Donald Trampın baş müşaviri, MKİ direktoru Con Retkliff və direktor müavini Maykl Ellis tərəfindən qəbul edilib. Görüşdə, həmçinin MKİ-nin aparıcı kadr əməkdaşlarından ibarət bir qrup da iştirak edib.
Görüş zamanı Mask toplaşanlara DOGE-nin əldə etdiyi uğurlar, həmçinin onun çıxardığı əsas nəticələr barədə məlumat verib. Müzakirə zamanı innovativ texnologiyaların inkişafı məsələsinə də toxunulub.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.