Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Axmaq olmayın!” - Tramp

“Axmaq olmayın!” - Tramp

“Axmaq olmayın!” - Tramp
2025-04-08 , 17:18

ABŞ Prezidenti Donald Tramp amerikalılara sakitliyi qorumalarını tövsiyə edib və ölkələrinin qüdrətli olacağına söz verib.

O bu barədə “Truth Social” hesabında yazıb.
“Zəif olmayın! Axmaq olmayın! Zəif və axmaq insanlar üzərində qurulmuş yeni “Təşviş partiyası” olmayın. Güclü, cəsarətli və səbirli olun. Nəticə əzəmətli olacaq”, - o qeyd edib.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkədən idxal olunan məhsullara rüsumların tətbiq edildiyini elan edib. Bundan sonra ölkədə ona qarşı etirazlar başlayıb.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.