Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Tramp heç vaxt “Nobel”i görməyəcək” - Medvedev

“Tramp heç vaxt “Nobel”i görməyəcək” - Medvedev

“Tramp heç vaxt “Nobel”i görməyəcək” - Medvedev
2025-06-22 , 14:01

“Amerika lideri Donald Tramp sülhməramlı Prezident olmaq istəyirdi, lakin o, yeni müharibəyə başladı”. 

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-nin gecə ərzində İranda üç nüvə obyektinə endirdiyi zərbələri şərh edərkən deyib.
Medvedevin sözlərinə görə, dünya ölkələrinin mütləq əksəriyyəti İsrail və ABŞ-nin hərəkətlərinə qarşıdır.
“Belə bir uğuru ilə Tramp heç vaxt Nobel Sülh Mükafatını görməyəcək. Yaxşı başlanğıcdır, təbrik edirəm, cənab Prezident!” - Medvedev teleqram hesabında yazıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.