Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrail İranın Əlborz əyalətində SEPAH bazasına raket zərbəsi endirdi - VIDEO

İsrail İranın Əlborz əyalətində SEPAH bazasına raket zərbəsi endirdi - VIDEO

İsrail İranın Əlborz əyalətində SEPAH bazasına raket zərbəsi endirdi - VIDEO
2025-06-23 , 17:03

İsrail ordusu İranın Əlborz əyalətində yerləşən SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) məxsus hərbi bazanı raket zərbələri ilə hədəfə alıb.

Hücum Savucbulaq şəhərində yerləşən strateji bazaya yönəlib. Hadisə nəticəsində əraziyə ciddi zərər dəydiyi bildirilir. Zərbə zamanı güclü partlayış səsləri eşidilib və alovun yüksəldiyi müşahidə olunub.
İsrail tərəfi hücumu hələ rəsmi şəkildə təsdiqləməyib. İran tərəfinin cavabı və mümkün itkilər barədə dəqiq məlumat yoxdur. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.