Yenilik.Az
www.Yenilik.Az » Dünya » ABŞ-də Trampı təhdid edən qadın sərbəst buraxılıb

ABŞ-də Trampı təhdid edən qadın sərbəst buraxılıb

ABŞ-də Trampı təhdid edən qadın sərbəst buraxılıb
2025-09-02 , 18:42

ABŞ məhkəməsi Prezident Donald Trampı öldürməklə hədələyən qadını həbsdən azad edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Post" (NYP) qəzeti məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Nyu-Yorkda yaşayan Natali Rouz Cons sosial şəbəkələrdə Trampı təhdid edən qeyri-adekvat paylaşımlar etdiyinə görə həbs edilib. Məlumata görə, o, ötən həftə ABŞ-nin keçmiş prezidenti Barak Obamanın təyin etdiyi hakim tərəfindən azadlığa buraxılıb.
Natali Rouz Cons daha sonra Trampı hədələmək ittihamı ilə mühakimə olunacaq. Onun tanışları bildiriblər ki, qadına şizofreniya diaqnozu qoyulub.
Bildirilir ki, dindirmə zamanı Cons Ağ Evin rəhbərini öldürməyə hazır olduğunu təsdiqləyib. Bundan əlavə, o, beş ştatda FTB-yə qarşı niyyəti barədə danışdığını da iddia edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.