Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Putin məni məyus etdi” - Tramp

“Putin məni məyus etdi” - Tramp

“Putin məni məyus etdi” - Tramp
2025-09-03 , 11:58

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onu məyus etdiyini bildirib.

ABŞ lideri bu haqda radio aparıcısı Skott Cenninqsə müsahibəsində deyib.
“Mən çox məyus oldum. Minlərlə insan ölür. Bu müharibənin (Ukraynada) heç bir mənası yoxdur. Prezident Putin məni çox məyus etdi”, - o deyib.
Amerika lideri onu da bir daha vurğulayıb ki, o, həmin vaxt prezident olsaydı, Ukraynada münaqişə başlamazdı. 
Qeyd edək ki, avqustun 15-də Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Ukrayna məsələsi ilə bağlı danışıqları olmuşdu.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.