Yenilik.Az
www.Yenilik.Az » Dünya » Lukaşenko ABŞ-yə təşəkkür etdi

Lukaşenko ABŞ-yə təşəkkür etdi

Lukaşenko ABŞ-yə təşəkkür etdi
2025-09-11 , 19:17

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-yə ölkəsinə qarşı bəzi sanksiyaların ləğvinə görə təşəkkür edib.

Bu barədə Belarusiya Prezidenti Aleksandr Lukeşenko ölkəsinin BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakovla görüşündə bildirib.

Lukaşenko qeyd edib ki, sanksiyalar məsələsi əsas istiqamət olmasa da, vacibdir.

Bundan əvvəl Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koul ilə görüşüb.

Görüş zamanı nümayəndə Belarus Prezidentinə ABŞ-ın Belarusun “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv etdiyini bildirib.

Bundan əvvəl Trampın nümayəndəsi ABŞ ilə Belarus arasında münasibətlərin normallaşması üçün şərti açıqlamışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.