Yenilik.Az
www.Yenilik.Az » Dünya » İran rəsmisi: “Bəzi qonşu ölkələrə hücumlar davam edəcək”

İran rəsmisi: “Bəzi qonşu ölkələrə hücumlar davam edəcək”

İran rəsmisi: “Bəzi qonşu ölkələrə hücumlar davam edəcək”
2026-03-08 , 16:53

İranın Məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ecei regiondakı vəziyyətlə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Ecei bəzi qonşu dövlətlərin İran əleyhinə hərbi əməliyyatlarda istifadə olunduğunu iddia edib.
Onun sözlərinə görə, Tehran bəzi ölkələrin ərazilərinin İrana qarşı hücumlar üçün istifadə edildiyi barədə məlumat əldə edib.
“Bəzi qonşu ölkələrə hücumlar davam edəcək. Regiondakı bəzi ölkələrin düşmənin əlində olduqları barədə məlumat almışıq və onların əraziləri İrana hücum üçün istifadə edilir”, – deyə Ecei bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.