Yenilik.Az
www.Yenilik.Az » Dünya »  ABŞ İranla müharibəni necə başa çatdırmağın yollarını axtarır

 ABŞ İranla müharibəni necə başa çatdırmağın yollarını axtarır

 ABŞ İranla müharibəni necə başa çatdırmağın yollarını axtarır
2026-03-16 , 08:49

ABŞ İranla hərbi qarşıdurmanı necə başa çatdırmaq barədə yollar axtarır və faktiki olaraq məğlubiyyətini etiraf edir.

Teleqraf xəbər verir ki, bu fikirləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general-mayor Əli Məhəmməd Naini səsləndirib.
Onun sözlərinə görə, münaqişənin başlanmasından 15 gün sonra ABŞ tərəfi çətin vəziyyətlə üzləşib və qərar qəbul etmə prosesində çaşqınlıq yaşayır.
“Bu gün, 15 gün sonra düşmən çaşqınlıq içindədir və elitalar daxilində planın olmaması ilə bağlı ittihamlar səsləndirilir. Düşmən indi müharibəni başa çatdırmaq üçün İranla necə qarşılıqlı fəaliyyət göstərəcəyini düşünür. Düşmən öz məğlubiyyətini etiraf edir”, - deyə general bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.