Yenilik.Az
www.Yenilik.Az » Dünya » İran İsrailin mərkəzinə raket zərbələri endirdi

İran İsrailin mərkəzinə raket zərbələri endirdi

İran İsrailin mərkəzinə raket zərbələri endirdi
2026-03-25 , 14:38

İsrailin mərkəzi bölgələrində vəziyyət kəskinləşib.

Tribuna.az xəbər verir ki, İran tərəfindən İsrailin mərkəzi rayonlarına raket zərbələri endirilib. Hücum zamanı əsas hədəflərdən birinin Tel-Əviv olduğu bildirilir.
Yerli mənbələrin məlumatına görə, zərbələr nəticəsində yaşayış binalarına və nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə zamanı bir sıra ərazilərdə hava hücumundan müdafiə sistemləri işə düşüb və siren səsləri eşidilib.
Bildirilir ki, raketlərin bir qismi zərərsizləşdirilsə də, bəziləri yaşayış məntəqələrinə düşüb. Hadisə yerində xilasedici və tibbi briqadalar fəaliyyət göstərir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.