Yenilik.Az
www.Yenilik.Az » Dünya » Xamenei razılaşma üçün Amerikaya şərt qoydu

Xamenei razılaşma üçün Amerikaya şərt qoydu

Xamenei razılaşma üçün Amerikaya şərt qoydu
2026-04-08 , 12:22

“İranın Ali rəhbəri Müctəba Xamenei Vaşinqton Tehranın on şərtini qəbul etməyəcəyi təqdirdə İslamabadda ABŞ ilə müqavilənin imzalanmasına icazə verməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Parlamentinin birinci müavini Əli Nikzad bildirib.
“Əgər bu on şərt qəbul edilməsə, ali rəhbər müqaviləni imzalamağa icazə verməyəcək”, - o qeyd edib.
Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Bu qərar Pakistan Baş naziri Şahbaz Şərifin təklifinə cavab olaraq və İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa hazır olması şərti ilə verilib. İran Ali Milli Təhlükəsizlik Şurasının iddiasına görə, Tehran atəşkəs üçün 10 şərt irəli sürüb və ABŞ bunlarla razılaşıb. Şərif bütün mübahisələrin həlli üçün yekun razılığa gəlmək məqsədilə İran və ABŞ nümayəndə heyətlərini aprelin 10-da İslamabadda danışıqlara dəvət edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.