Yenilik.Az
www.Yenilik.Az » Dünya » İran Hörmüzdə gəmiyə hücum etdi

İran Hörmüzdə gəmiyə hücum etdi

İran Hörmüzdə gəmiyə hücum etdi
2026-04-22 , 15:08

İran rejiminin əsas dayağı olan SEPAH-a məxsus hərbi katerlər bu gün səhər saatlarında ticarət gəmilərindən birinə hücum edib.

Hadisə Omanın 15 dəniz mili şimal-şərqində baş verib.
Hərbi katerlər xəbərdarlıq etədən konteyner gəmisinə yaxınlaşaraq, ona atəş açıb. Britaniya Kral Donanmasının Beynəlxalq Ticarət Gəmiçiliyi Koordinasiya Mərkəzinin (UKMTO) məlumatına görə, atışma zamanı gəminin yalnız körpüsü zədələnib.
Gəmidə yanğın baş verməyib və heyət üzvləri xəsarət almayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.