Yenilik.Az
www.Yenilik.Az » Dünya » Kuba ABŞ-a meydan oxudu: “Hücum olsa, qan gölü yaranar”

Kuba ABŞ-a meydan oxudu: “Hücum olsa, qan gölü yaranar”

Kuba ABŞ-a meydan oxudu: “Hücum olsa, qan gölü yaranar”
2026-05-14 , 15:29

Kubanın Xarici işlər naziri Bruno Rodriguez Parrilla ABŞ-nin Kubaya mümkün hərbi müdaxiləsinin böyük humanitar fəlakətə səbəb olacağını bildirib.


Bakupost.az xəbər verir ki, o, “X” hesabında paylaşdığı açıqlamada belə bir addımın həm Kuba, həm də ABŞ vətəndaşlarının həyatı bahasına başa gələ biləcəyini vurğulayıb.

Rodriges qeyd edib ki, ABŞ kimi supergücün özünə heç bir təhlükə yaratmayan kiçik ada ölkəsinə qarşı hücum planlaması üçün “ən kiçik bəhanə belə yoxdur”. Nazir bildirib ki, bəzi siyasətçilər şəxsi siyasi məqsədləri naminə insan həyatını riskə atırlar.

Məsələ Donald Trampın son açıqlamalarından sonra yenidən gündəmə gəlib. Tramp Kubanın ABŞ-dən yardım istədiyini bildirərək Havana ilə danışacaqlarını demiş, həmçinin “İrandan sonra Kuba məsələsi ilə məşğul olacaqlarını” açıqlamışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.