Yenilik.Az
www.Yenilik.Az » Hadisə » “Evdəkilər suyun içində qalıb, çıxa bilmirlər”: Tərtərdə təbii fəlakətin gecə görüntüləri

“Evdəkilər suyun içində qalıb, çıxa bilmirlər”: Tərtərdə təbii fəlakətin gecə görüntüləri

“Evdəkilər suyun içində qalıb, çıxa bilmirlər”: Tərtərdə təbii fəlakətin gecə görüntüləri
2023-05-01 , 12:36

Aprelin 30-u axşam saatlarında Tərtərə yağan güclü yağış fəsadlara yol açıb.
Rayonun bir sıra yaşayış məntəqələrində sel və daşqın nəticəsində həyətyanı sahələri və əkinləri su basıb.
Dəmirçilər kəndinin sakinlərinin sözlərinə görə, əksər evlər və təsərrüfat sahələri yararsız vəziyyətə düşüb:
“Evdəkilər suyun içində qalıb, çıxa bilmirlər. Kəndin yarısına ziyan dəyib”.
Sakinlərin xeyli sayda toyuq-cücəsi tələf olub, ən çox ziyanın isə otlaq sahələrinə və günəbaxan tarlalarına dəydiyi bildirilir.
Daha ətraflı Baku TV-nin süjetində:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.