Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Cığatelin nəvəsi faciəvi şəkildə vəfat etdi

Cığatelin nəvəsi faciəvi şəkildə vəfat etdi

Cığatelin nəvəsi faciəvi şəkildə vəfat etdi
2023-08-06 , 13:20

Tanınmış şairə Cığatel İsaqızının 10 yaşlı nəvəsi vəfat edib.
Bu barədə şairə Nazilə Səfərli məlumat verib.
"Çox pis xəbər oldu, Cığatel İsaqızının oğlu ailəsi ilə Salyan istiqamətində istirahatə gedərkən maşının təkərində nasazlıq yaranıb. Təkəri dəyişmək məqsədi ilə maşını yolun kənarına çəkiblər. Həmin an hərəkətdə olan digər avtomobil bu maşına çırpılır. Cığatelin 10 yaşlı oğul nəvəsi həlak olub. Oğlunun isə ayaqları sınıb. Zəng etdim səsinə dayana bilmədim. Cığatelə çox ağır itki oldu. Allah rəhmət eləsin. Allah səbr versin" - deyə N.Səfərli instaqram hesabında yazıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.