Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Azərbaycanda un dəyirmanında faciə - Ölənlər var

Azərbaycanda un dəyirmanında faciə - Ölənlər var

Azərbaycanda un dəyirmanında faciə - Ölənlər var
2023-08-14 , 17:55

Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb.

 
Bu barədə Sfera.az-a rayon prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
İlkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.
 
Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.