Azərbaycanda sayt rəhbəri və oğlu HƏBS EDİLDİ - FOTO

Şirvanda “Dogruxeber.com” saytının baş redaktoru və redaktoru həbs olunub.
Onlar ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Ata və oğul cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.(Apa)
OXŞAR XƏBƏRLƏR