Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Ağac avtomobilin üzərinə aşdı, sürücü yaralandı - Video - Foto - Yenilənib

Ağac avtomobilin üzərinə aşdı, sürücü yaralandı - Video - Foto - Yenilənib

Ağac avtomobilin üzərinə aşdı, sürücü yaralandı - Video - Foto - Yenilənib
2024-12-17 , 18:59

Qəbələdə güclü külək ağacı avtomobilin üzərinə aşırıb, sürücü xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayon mərkəzində baş verib.
Güclü külək çinar ağacını minik avtomobilinin üzərinə aşırıb. Nəticədə sürücü yaralanaraq, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə nəticəsində avtomobilə də ciddi ziyan dəyib.
***
Baş verən hadisə ilə bağlı FHN də məlumat yayıb.
Məlumata əsasən, güclü külək nəticəsində Qəbələ şəhərində irigövdəli ağac avtomobilin üzərinə aşıb və avtomobil yolu bağlanıb.
Bununla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər müvafiq vasitələrlə avtomobilin üzərinə aşmış ağacın hissələrə kəsərək yoldan götürülməsini, bununla da yolda sərbəst hərəkətin bərpasını təmin ediblər. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Bundan başqa, Mərkəzin xilasediciləri tərəfindən Qəbələ rayonu, Zarağan kəndində güclü külək səbəbindən avtomobillərin üzərinə aşmış obyektin damı ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülərək yolda avtomobillərin sərbəst hərəkəti təmin edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.