Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Qəzanın təhqiqatına dair ilkin hesabat açıqlandı - Fotolar

Qəzanın təhqiqatına dair ilkin hesabat açıqlandı - Fotolar

Qəzanın təhqiqatına dair ilkin hesabat açıqlandı - Fotolar
2025-02-05 , 14:41

Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə baş vermiş qəzanın təhqiqatına dair ilkin hesabat”ı dərc edib.

“Qafqazinfo”nun məlumatına görə, bu hesabatda təqdim olunan məlumatlar ilkindir. 
İş başa çatdıqdan sonra nəticələrə dair Yekun Hesabat hazırlanacaq.
Hesabatda istintaq komissiyasının hava gəmisinin konstruksiyasının zədələnməsinin ətraflı yoxlanılmasını davam etdirdiyi bildirilir.
“Qorunub saxlanılan fraqmentlərin ilkin müayinəsi nəticəsində təyyarənin quyruq hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxsaylı deşik və qeyri-deşik zədələr aşkarlanıb. Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində də aşkar edilib. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir”, - hesabatda qeyd olunub.










Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.