Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bu ərazilər SU ALTINDA qaldı – VİDEO

Bu ərazilər SU ALTINDA qaldı – VİDEO

Bu ərazilər SU ALTINDA qaldı – VİDEO
2025-04-16 , 14:59

Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.

Bu barədə Yenilik.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunanlarla bağlı nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.
Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.