Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi
2025-04-25 , 13:31

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.

Yenilik.az Musavat.com-a istinadən xəbər ki, Nurəddin Cəlilov 7 sutka inzibati qaydada həbs edilib.
Məlumata görə, Nurəddin Cəlilov metroda sərnişinlərdən biri ilə mübahisə edib. Cəlilov xırda xuliqanlıq törətməkdə təqsirli bilinərək 7 sutka həbs edilib.
Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.