Yenilik.Az
www.Yenilik.Az » Hadisə » “Vialon” çıxmayan sakinləri daşlayır – Yaralı var – VİDEO

“Vialon” çıxmayan sakinləri daşlayır – Yaralı var – VİDEO

“Vialon” çıxmayan sakinləri daşlayır – Yaralı var – VİDEO
2025-04-26 , 19:52

Bakıda “Vialon”MMC-nin Əlibəy Hüseyinzadə 75 ünvanındakı qeyri-qanuni söküntü işləri davam edir.


Yenilik.az xəbər verir ki, sakinlərin Bakupost.az-a verdiyi məlumata görə, söküntü işlərinin miqyası böyüyüb.

Belə ki, sözügedın ünvanda aparılan söküntü işləri zamanı həyətdə olan qadının başına daş parçaları düşüb.

Əraziyə təcili tibbi yardım çağrılıb. Halı pisləşən qadına ilkin tibbi yardım göstərilib.

Yaranmış vəziyyətə baxmayaraq söküntü işləri davam etdirilib.

Məsələni dəqiqləşdirmək üçün sözügedən şirkətlə əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı.

Bəhs olunan görüntüləri təqdim edirik.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.