Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Şəmkirdə 2 yaşlı uşaq ağcaqanad dərmanını içib öldü

Şəmkirdə 2 yaşlı uşaq ağcaqanad dərmanını içib öldü

Şəmkirdə 2 yaşlı uşaq ağcaqanad dərmanını içib öldü
2025-04-29 , 12:07

Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək ölüb.

Yenilik.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
 
2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, xəstəxanada vəfat edib.
 
Məlumata görə, azyaşlı evdə ağcaqanada qarşı istifadə edilən və elektrik enerjisinə qoşulan dərman qurğusundakı mayeni içib.
 
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.