Yenilik.Az
www.Yenilik.Az » Hadisə » “Məlhəm” klinikasında daha bir ölüm

“Məlhəm” klinikasında daha bir ölüm

“Məlhəm” klinikasında daha bir ölüm
2025-05-29 , 22:54

Sosial şəbəkədə Bakıda “Məlhəm” klinikasında həkim səhlənkarlığı nəticəsində pasiyentin vəfat etməsi ilə bağlı iddialar yayılıb.

Yenilik.az xəbər verir ki, məsələ ilə bağlı “Məlhəm” Beynəlxalq Hospitaldan oxu.az-a bu gün səhər saatlarında 59 yaşlı kişi pasiyentin vəfat etdiyi təsdiq olunub:

“Xəstə ağır vəziyyətdə idi və uzun müddət idi ki, klinikamızda müalicə alırdı. Tibb bacısı xəstənin yatağını dəyişmək istəyib. Bu zaman xəstənin həyat yoldaşı da otaqda olub. Xəstə qəfil ölüm keçirib. Həkimlərin müdaxiləsi ilə qısa müddətə həyati funksiyaları bərpa edilib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin daha sonra orada vəfat edib”.

Klinikadan bildirilib ki, məsələ ilə bağlı ekspertiza aparılacaq:

“Son qərarı müvafiq ekspertiza verəcək. Lakin bir daha vurğulamaq istərdik ki, burada həkim səhlənkarlığından söhbət gedə bilməz. Hadisə ilə bağlı mərhumun yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Araşdırmalar davam edir”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.