Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda Tiktokda söyüş söyən molla həbs edildi

Bakıda Tiktokda söyüş söyən molla həbs edildi

Bakıda Tiktokda söyüş söyən molla həbs edildi
2025-09-08 , 20:26

Bakıda Tiktokda söyüş söyən 62 yaşlı molla həbs edilib.

Axar.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Bakıda dini mərasimləri idarə edən 1963-cü il təvəllüdlü Tahir Məmmədov (ad və soyad şərtidir) Tiktok sosial şəbəkəsində insanları nalayiq ifadələrlə təhqir edib.
O, həmin məsələ ilə bağlı polis bölməsinə dəvət edilib. Bu vaxt o, polis bölməsinin yaxınlığında da telefonla yüksək səslə danışıb və təhqiramiz ifadələr işlədib.
Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, T.Məmmədov bu xəbərdarlıqlara məhəl qoymayaraq, əməllərini davam etdirib.
Polis əməkdaşları tərəfindən onun barəsində inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə T.Məmmədov 10 sutka inzibati qaydada həbs edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.