Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Ayağını pəncərədən çıxaran sürücü təhlükə yaratdı – VİDEO

Ayağını pəncərədən çıxaran sürücü təhlükə yaratdı – VİDEO

Ayağını pəncərədən çıxaran sürücü təhlükə yaratdı – VİDEO
2025-09-09 , 12:51

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Bakupost.az xəbər verir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Toyota Prius" markalı, 77-KJ-289 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolboyu bir ayağını pəncərədən çıxararaq maşını bu vəziyyətdə idarə edib. Bu cür məsuliyyətsizlik və qaydaların kobud şəkildə pozulması isə sürücünün öz həyatı ilə yanaşı, arxadan gələn digər hərəkət iştirakçıları üçün də böyük təhlükə yarada bilər", - deyə oxu.az-a daxil olan şikayətdə bildirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.