Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıdakı məşhur restoranda kütləvi dava: Həbs edilən var

Bakıdakı məşhur restoranda kütləvi dava: Həbs edilən var

Bakıdakı məşhur restoranda kütləvi dava: Həbs edilən var
2025-09-14 , 15:22

Bakıda "Elux" restoranında keçirilən toy məclisində dava-dalaş edən şəxslər saxlanılıblar.
Yenilik.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, saxlanılan şəxslərdən biri barəsində həbs qərarı verilib.
Aparılan araşdırma ilə müəyyənləşib ki, dava zamanı 1982-ci ildə İmişli rayonunda anadan olmuş C.V. polisin işinə qarışaraq, onların xidməti vəzifələrinin yerinə yetirilməsinə maneçilik yaradıb.
Məhkəmənin qərarı ilə C.V. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati həbs edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.