Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Dəhşətli qəzada həlak olan məktəbli bacı-qardaşın FOTOSU

Dəhşətli qəzada həlak olan məktəbli bacı-qardaşın FOTOSU

Dəhşətli qəzada həlak olan məktəbli bacı-qardaşın FOTOSU
2025-09-19 , 14:35

 Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonunun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi məktəbə gedən bacı-qardaşı - 2017-ci il təvəllüdlü Gülay Əlizadə və 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki şagird ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Bakupost.az qəzada həlak olan məktəbli bacı qardaşın fotosunu təqdim edir:
Bakupost.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.