Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Oqtay Əsədovun qızı vəfat etdi

Oqtay Əsədovun qızı vəfat etdi

Oqtay Əsədovun qızı vəfat etdi
2025-12-25 , 14:50

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.

Yenilik.az xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.
Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq spikerin 41 yaşlı qızı Nərminə Əsədova Xərçəng xəstəliyindən əziyyət çəkib. 
Onun əvvəllər Kamran Balayev adlı şəxslə 10 illik (2002-2012-ci illər) evliliyi olub.
Qeyd edək ki, Kamran Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini vermişdi.
Mərhumun 5 övladı var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.