Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda məşhur restoranın tavanı çökdü – Yaralılar var

Bakıda məşhur restoranın tavanı çökdü – Yaralılar var

Bakıda məşhur restoranın tavanı çökdü – Yaralılar var
2026-01-12 , 13:37

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən "Bonte" restoranında tavan çöküb.


Yenilik.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində restoranda çalışan işçilər xəsarət alıblar.

Yaralanan əməkdaşlar xəstəxanaya çatdırılıblar. Bildirilir ki, həmin işçilərin başına tikiş qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Özünü restoranın administratoru kimi təqdim edən Sani Quliyev faktı təsdiq edib. O deyib ki, hadisə zamanı bir nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.