Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Paytaxtın məşhur restoranında bədbəxt hadisə - Xəsarət alan var

Paytaxtın məşhur restoranında bədbəxt hadisə - Xəsarət alan var

Paytaxtın məşhur restoranında bədbəxt hadisə - Xəsarət alan var
2026-01-12 , 13:34

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən "Bonte" restoranında tavan çöküb.


Bakupost.az xəbər verir ki, restoranın tavanının çökməsi nəticəsində orada çalışan işçilər xəsarət alıblar.

Xəsarət alan əməkdaşlar xəstəxanaya çatdırılıblar. Bildirilir ki, yaralı əməkdaşların başına tikiş qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Özünü restoranın administratoru kimi təqdim edən Sani Quliyev faktı təsdiq edib. O deyib ki, hadisə zamanı bir nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.