Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş
2026-02-16 , 15:13

Dünən Ağstafa rayonunda üçmərtəbəli yaşayış evində yanğın qeydə alınıb.

Yenilik.az Unikal-a istinadən xəbər verir ki, araşdırmalar zamanı alovlanan villanın sahibkar Mahir Kərim oğlu Xanəhmədovun mülkiyyətində olduğu müəyyənləşib.
 
Bildirilib ki, Mahir Xanəhmədov Rusiyanın Surqut şəhərində Xantı-Mansi Muxtar Dairəsi - Yuqra diasporunun rəhbəri, həmçinin "Azərbaycan-Surqut” Regional Milli-mədəni İctimai Birliyinin sədri vəzifəsini daşıyır.
 
Sahibkarın Rusiyada diaspor rəhbəri postuna ötən il təyin edildiyi qeyd olunub.
 
M.Xanəhmədovun diaspor rəhbərliyinə gətirilməsinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin dəstəyi ilə həyata keçirildiyi bildirilir.
 
İş adamının altı övladı var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.