Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Sumqayıtda məscidin həyəti ÇÖKDÜ – VİDEO

Sumqayıtda məscidin həyəti ÇÖKDÜ – VİDEO

Sumqayıtda məscidin həyəti ÇÖKDÜ – VİDEO
2026-03-30 , 14:51

İki gündür ölkə ərazisində, xüsusən də Abşeron yarımadasında müşahidə olunan qeyri-sabit hava şəraiti və aramsız yağışlar Sumqayıt şəhərində xoşagəlməz hadisəyə səbəb olub. Şəhərin Cümə məscidinin həyətyanı sahəsində torpaq qatı kəskin şəkildə çöküb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə nəticəsində məscidin həyətində dərin yarğan yaranıb ki, bu da həm bina, həm də ərazidəki insanlar üçün ciddi təhlükə mənbəyinə çevrilib.
İlkin ehtimallar göstərir ki, yağıntı suları torpağın alt qatlarını yuyaraq boşluqlar yaradıb, nəticədə səth ağırlığa tab gətirməyərək aşağı yuvarlanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.