Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
2026-04-04 , 14:24

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb.


Yenilik.az Report-a istinadla xəbər verir ki, zəhərlənmə hadisəsi iki gün öncə baş verib.

Belə ki, aprelin 1-də çoxuşaqlı ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Azyaşlılar xəstəxanaya yerləşdirilib, daha sonra evə buraxılmışdılar. Qəfil halı pisləşən 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.