Yenilik.Az
www.Yenilik.Az » İdman » “Formula-1”: Azərbaycan Qran-prisində əsas yarış başlayıb

“Formula-1”: Azərbaycan Qran-prisində əsas yarış başlayıb

“Formula-1”: Azərbaycan Qran-prisində əsas yarış başlayıb
2023-04-30 , 15:00

“Formula-1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Yenilik.az xəbər verir ki, 51 dövrəlik mübarizəyə saat 15:00-da start verilib.
Aprelin 28-də gerçəkləşən sıralama turunda “Ferrari” pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. “Ferrari”nin digər sürücüsü Karlos Sayns və “Mercedes”dən Lüis Hemilton “ilk beşliy”i tamamlayıblar.
Ferstappen hazırda 75 xalla turnir cədvəlində liderdir. Peres 62 xalla ikinci pillədə qərarlaşıb. “İlk üçlüy”ü “Aston Martin”dən Fernando Alonso (48 xal) qapayır.
Konstruktorlar kubokunun lideri isə “Red Bull” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü sıradadır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.